14 Oktyabr 2026 16:06
162
DÜNYA
A- A+
11 ədəd Starlink peyk antenası yandırılıb

11 ədəd Starlink peyk antenası yandırılıb


Bolqarıstanın paytaxtı Sofiya ətrafında yerləşən 17 ədəd Starlink peyk rabitəsi antennasından 11-nin yandırıldığı bildirilib. Qeyd olunub ki, antenalar məhz peyklərlə əsas rabitə əlaqəsini təmin etdikləri üçün hədəf alınıb.

"Bəli, Bolqarıstan" (“Yes, Bulgaria”) parlament qrupunun üzvü İvaylo Mirçev parlamentdəki çıxışında Sofiya yaxınlığındakı 11 Starlink antennasının iki maskalı şəxs tərəfindən yandırıldığını bildirib və o, Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyini (DANS) və Daxili İşlər Nazirliyini hadisə ilə bağlı açıqlama verməyə çağırıb.

Sofiya yaxınlığında hədəf alınan antenaların peyk rabitəsində mühüm rol oynadığını vurğulayan Mirçev deyib: "Bu antenaların məhz peyklərlə əsas rabitə əlaqəsini təmin etdikləri üçün hədəf alındığı aydındır. Sentyabrın sonunda Polşada da eyni tipli Starlink antenaları hədəf alınmışdı. Polşa dövləti necə reaksiya verdi? Onlar ictimaiyyəti məlumatlandırdılar və çox sürətlə hərəkət etdilər".

Bolqarıstanın Baş naziri Rumen Radev hadisə ilə bağlı araşdırmanın davam etdiyini qeyd edərək bildirib: "Araşdırma ilə bağlı vəziyyət nəzarət altındadır. Əgər səlahiyyətli orqanlar indiyədək əldə edilən nəticələri açıqlasalar, bu, hədəflədiyimiz nəticəni təhlükə altına ata bilər".

Radev DANS sədri Plamen Tonçevdən araşdırmanın təfərrüatlarını açıqlamamağı xahiş edib.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zaman ölçməsində yeni dövr: Sıçrayış saniyələri ləğv edilə bilər  

16:43
14 Oktyabr

Uzaq coğrafiyaları birləşdirən yaxın maraqlar  

16:41
14 Oktyabr

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub  

16:39
14 Oktyabr

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

16:37
14 Oktyabr

Uşaqlarımızın savadlı, vətənpərvər, milli kimliyinə bağlı vətəndaşlar kimi yetişməsi qarşıda duran mühüm vəzifələrdəndir  

16:27
14 Oktyabr

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir  

16:24
14 Oktyabr

“Apple” yeni ağıllı ev cihazlarını təqdim edib

16:21
14 Oktyabr

11 ədəd Starlink peyk antenası yandırılıb

16:06
14 Oktyabr

İpəyə bürünən milli yaddaş: Bakıda kəlağayı bayramı  

16:01
14 Oktyabr

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

15:54
14 Oktyabr

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB 

15:51
14 Oktyabr

Çoxtərəfli diplomatiyada aparıcı rol  

15:44
14 Oktyabr

Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri genişlənir  

15:41
14 Oktyabr

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib  

15:29
14 Oktyabr

Azərbaycan–Laos münasibətləri siyasi dialoqdan iqtisadi tərəfdaşlığa doğru yeni mərhələyə keçir  

15:21
14 Oktyabr

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib  

15:15
14 Oktyabr

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

15:13
14 Oktyabr

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

15:12
14 Oktyabr

Xəzərin küləyi “yaşıl enerji”nin gələcəyinə əsir  

15:09
14 Oktyabr

Xəzərin suyu içməli olacaq  

15:07
14 Oktyabr

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib  

14:49
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!