14 Oktyabr 2026 15:13
190
CƏMİYYƏT
A- A+
Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir


Oktyabr ayında keçid dövrünə xas hava şəraiti müşahidə edilir. İsti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində havanın temperaturu yüksəlir.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu il oktyabr ayının ötən günlərində Bakıda 26, bölgələrdə isə 30 dərəcəyədək isti qeydə alınıb. Havanın temperaturu iqlim norması ilə müqayisədə 9 gün normadan yuxarı, 3 gün normadan aşağı, 1 gün isə normaya yaxın olub. Oktyabrın 13-də temperatur normadan 5 dərəcə yuxarı, 3-də isə 5,5 dərəcə aşağı qeydə alınıb.

13 gün ərzində havanın orta aylıq temperaturunun normadan fərqi 2,9 dərəcə təşkil edib. 2012-ci ildə isə bu göstərici 3,1 dərəcə olub.

Çoxillik meteoroloji müşahidə məlumatlarının təhlilinə əsasən, ən isti hava 2012-ci il oktyabrın 9-da qeydə alınıb. Həmin gün Bakıda havanın maksimal temperaturu 32,7 dərəcə isti olub.

Həftə sonunadək ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Cənub-şərq küləkləri üstünlük təşkil edəcək.

Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 23–28, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 26–31, dağlıq rayonlarda isə 21–26 dərəcə isti olacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

15:54
14 Oktyabr

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB 

15:51
14 Oktyabr

Çoxtərəfli diplomatiyada aparıcı rol  

15:44
14 Oktyabr

Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri genişlənir  

15:41
14 Oktyabr

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib  

15:29
14 Oktyabr

Azərbaycan–Laos münasibətləri siyasi dialoqdan iqtisadi tərəfdaşlığa doğru yeni mərhələyə keçir  

15:21
14 Oktyabr

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib  

15:15
14 Oktyabr

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

15:13
14 Oktyabr

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

15:12
14 Oktyabr

Xəzərin küləyi “yaşıl enerji”nin gələcəyinə əsir  

15:09
14 Oktyabr

Xəzərin suyu içməli olacaq  

15:07
14 Oktyabr

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib  

14:49
14 Oktyabr

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

14:36
14 Oktyabr

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb  

14:35
14 Oktyabr

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq  

14:18
14 Oktyabr

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

14:06
14 Oktyabr

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək  

14:01
14 Oktyabr

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır  

13:49
14 Oktyabr

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

13:43
14 Oktyabr

Sabah hava əsasən yağmursuz keçəcək  

13:36
14 Oktyabr

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib  

13:29
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!