14 Oktyabr 2026 15:07
167
CƏMİYYƏT
A- A+
Xəzərin suyu içməli olacaq  

Xəzərin suyu içməli olacaq  


Xəzər dənizinin suyunun duzsuzlaşdırılaraq içməli suya çevrilməsi Azərbaycanın su təminatını gücləndirəcək. Ən vacibi isə yeni zavodun fəaliyyəti su tariflərinin artmasına səbəb olmayacaq.

Bu kontekstdə Bakıda keçirilən III Milli Rəqabət Forumu ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin təkmilləşdirilməsi və yeni investisiya imkanlarının müzakirəsi baxımından mühüm platforma rolunu oynayıb. Forum çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən layihələr və əhalinin rifahına təsir edən məsələlər də diqqət mərkəzində olub. Müzakirə olunan aktual mövzulardan biri də su təminatı və alternativ su mənbələrinin yaradılmasıdır. Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunda gündəlik 300 min kubmetr içməli su istehsalı nəzərdə tutulur. Layihənin mühüm üstünlüklərindən biri isə yeni mənbədən əldə ediləcək suyun əhaliyə mövcud tariflərlə təqdim olunması, mümkün qiymət fərqinin dövlət tərəfindən qarşılanmasıdır.

Layihənin icrası ilə bağlı Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumla ötən ilin sentyabrında müqavilə imzalanıb. Hazırda maliyyələşmə məsələləri beynəlxalq maliyyə institutları və banklarla müzakirə olunur. Danışıqların bu ilin sonunadək və ya 2027-ci ilin ilk rübündə yekunlaşdırılması planlaşdırılır.

Maliyyə mərhələsi başa çatdıqdan sonra tikintiyə başlanılacaq. Zavodun iki il yarım ərzində inşa edilməsi, fəaliyyətə başladıqdan sonra isə “ACWA Power” tərəfindən 25 il müddətində idarə olunması nəzərdə tutulur.

Bu layihə təkcə yeni su istehsalı gücü demək deyil. Su ehtiyatlarının qorunmasının getdikcə daha vacib olduğu bir dövrdə dəniz suyunun duzsuzlaşdırılması alternativ mənbələrin yaradılması və su təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Xəzərin suyunu həyat mənbəyinə çevirmək təşəbbüsü həm də müasir texnologiyaların və dövlət-özəl tərəfdaşlığının ölkənin infrastruktur inkişafına verə biləcəyi töhfəni göstərir.

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

15:54
14 Oktyabr

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB 

15:51
14 Oktyabr

Çoxtərəfli diplomatiyada aparıcı rol  

15:44
14 Oktyabr

Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri genişlənir  

15:41
14 Oktyabr

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib  

15:29
14 Oktyabr

Azərbaycan–Laos münasibətləri siyasi dialoqdan iqtisadi tərəfdaşlığa doğru yeni mərhələyə keçir  

15:21
14 Oktyabr

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib  

15:15
14 Oktyabr

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

15:13
14 Oktyabr

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

15:12
14 Oktyabr

Xəzərin küləyi “yaşıl enerji”nin gələcəyinə əsir  

15:09
14 Oktyabr

Xəzərin suyu içməli olacaq  

15:07
14 Oktyabr

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib  

14:49
14 Oktyabr

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

14:36
14 Oktyabr

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb  

14:35
14 Oktyabr

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq  

14:18
14 Oktyabr

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

14:06
14 Oktyabr

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək  

14:01
14 Oktyabr

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır  

13:49
14 Oktyabr

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

13:43
14 Oktyabr

Sabah hava əsasən yağmursuz keçəcək  

13:36
14 Oktyabr

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib  

13:29
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!