Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

M.A.Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında

05 Mart 2016
 

Azərbaycan Respublikası Milli Məclisinin qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Müseyib Abbas oğlu Hüseynov vəzifəsi dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2.Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 4 mart 2016-cı il