Şamaxı rayonunda biçilmiş taxıl sahəsinin yandırılmasına görə iki nəfər saxlanılıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şamaxı rayonunda biçilmiş taxıl sahəsinin yandırılmasına görə iki nəfər saxlanılıb

10 Avgust 2018
Avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın söndürülüb və alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib. Həmin şəxslər saxlanılıblar.