Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

14 İyun 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 655; 2008, № 6, maddə 462, № 12, maddə 1047) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.1-ci, 11.5-ci və 11.6-cı maddələrdə “orqanında” sözü “orqanının yaratdığı qurumda” sözləri ilə əvəz edilsin.

2. 13.1-ci maddəyə “orqanının” sözündən sonra “yaratdığı qurumun” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 may 2018-ci il