Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfə

12 İyun 2018
 

Filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun “Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabı “XAN” nəşriyyatında çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabın elmi redaktoru akademik Kamal Abdulla, rəyçiləri akademik Möhsün Nağısoylu və professor Adil Babayevdir. Nəşrdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti və əlifba məsələləri, dil haqqında qəbul olunmuş qərarlar və onların cəmiyyətdə əks-sədası, parlamentin rəsmi dili kimi maraqlı məsələlər arxiv materialları və o dövrün stenoqrafik hesabatları əsasında işıqlandırılıb.

İyunun 14-də Bakıda Yunus Əmrə İnstitutunda kitabın təqdimatı olacaq.