Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Orlando şəhərində girov götürülən dörd uşağın cəsədi aşkarlanıb

12 İyun 2018
ABŞ-ın Florida ştatında yerləşən Orlando şəhərinin polisi dörd uşağın və bir gün öncə onları girov götürən kişinin cəsədini aşkarlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, uşaqları girov götürən Heri Ueyn Lindsi intihar edib. Bundan əvvəl o, bir neçə cinayətdə, o cümlədən qəsdən yanğın törətməkdə təqsirkar bilinmişdi və sınaq müddəti keçirdi. İnsident nəticəsində həlak olan 1-11 yaş arasındakı uşaqların adları açıqlanmır.

Qeyd edək ki, iyunun 10-da axşam saatlarında bir qadın polis bölməsinə zəng edərək dostunun onu döydüyünü bildirmişdi. Hadisə yerinə gələn polis əməkdaşları Lindsini həbs etməyə çalışmışdı. O isə atəş açaraq polislərdən birini ağır yaralamış və evdəki 4 uşağı girov götürərək qanun keşikçilərinə müqavimət göstərməkdə davam etmişdi.