26 Aprel 2024 15:03
197
SİYASƏT
A- A+

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

 

Ötən müddət ərzində Türkiyə və Rusiya hərbi qulluqçuları Birgə Monitorinq Mərkəzində öz vəzifələrini qarşılıqlı hörmət və həmrəylik prinsipi ilə yerinə yetiriblər. Ortaq mərkəzdə xidmət edən iki ölkə personalı bu müddət ərzində uğurlu xidmətlə yanaşı, xoş niyyət, qarşılıqlı hörmət və konstruktiv əməkdaşlıq çərçivəsində birlikdə ağır şərtlər altında koordinasiyalı fəaliyyət göstərməyin mümkünlüyünün ən bariz nümunəsini sərgiləyiblər.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Qərargah rəisi general-polkovnik Levent Ergün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə tərəfi bu müddət ərzində 331 görüş keçirərək koordinasiyalı fəaliyyət icra edib. Bu çərçivədə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilənə qədər atəşkəsin müşahidəsi prosesi problemsiz həyata keçirilib. Beləliklə, iki ölkənin regional sülh və sabitliyi təmin etmək qərarlılığı beynəlxalq ictimaiyyət tərəfindən də təqdirlə izlənilib.

“Türkiyə və Rusiya ordusunun ortaq mərkəzdə birlikdə xidmət etdiyi təxminən üç il üç aylıq müddət ərzində birgə qeyd etdiyimiz bayramlarımız, icra edilən idman və mədəni tədbirlər, rusca-türkcə dil kursları iki ölkənin qarşılıqlı tolerantlıq və mədəni bağlarını da qüvvətləndirib. Bu vəsilə ilə ortaq mərkəzdə xidmət edən Rusiya sülhməramlı qüvvələrinin komandiri başda olmaqla Rusiya Federasiyasının hərbi qulluqçularına təşəkkür edirəm. Ortaq mərkəzdə icra edilən xidmət dövründə bizlərə hər məsələdə dəstəyini əsirgəməyən dost və qardaş ölkə Azərbaycan Ordusunun çox dəyərli komandirləri, hərbi qulluqçuları və ortaq mərkəzin fədakar əməkdaşlarına minnətdarlığımı bildirirəm”, - deyə Levent Ergün vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video