Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sərnişin və yükdaşımalarında tətbiq olunan vergi mexanizmi təkmilləşdiriləcək

11 İyun 2018
Sərnişin və yükdaşımalarında tətbiq olunan vergi mexanizmi təkmilləşdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 11-də XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisi çərçivəsində keçirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) fəaliyyətinə dair "Avtomobil Nəqliyyatı - Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda konfransda DANX-ın rəisi Həbib Həsənov deyib.

O bildirib ki, sərnişin və yükdaşımalarında tətbiq olunan vergi mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə məsləhətləşmələr aparılır. Bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə verginin tam həcmdə və vaxtında yığılmasının təmin olunması, vergidənyayınma hallarına qarşı nəzarətin gücləndirilməsi nəzərdə tutulur.