Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nazir İnam Kərimovun Yevlax rayonunda sakinlərlə nəzərdə tutulan görüşünün tarixi dəyişdirilib

17 May 2018
Kənd təsərrüfatı naziri İnam Kərimovun Yevlax rayonunda Goranboy, Yevlax, Göygöl, Samux və Daşkəsən sakinləri ilə nəzərdə tutulan görüşünün tarixi dəyişdirilərək mayın 23-nə keçirilib.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Görüşdə iştirak etmək istəyənlər Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar