Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əfqanıstanda 8 hərbçi həlak oldu

14 May 2018
Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətindəki hərbi blokpost taliblərin hücumuna məruz qalmışdır. Nəticədə 8 hərbi qulluqçu həlak olmuş, 5-i yaralanmışdır. Bu barədə TASS agentliyi xəbər verir.

Əyalətin Təhlükəsizlik İdarəsinin nümayəndəsi Ənamuddin Rəhmaninin dediyinə görə, silahlılar Dəşti Arçi qəzasında Tacik Qışlaq kəndindıki hərbi blokposta hücum etmişlər. Rəhmani bildirmişdir ki, baş vermiş atışma nəticəsində “Taliban” hərəkatının altı silahlısı məhv edilmişdir.