Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Körpələrin də üzü gülür

13 May 2018
 

Hər bir ata, ana istəyir ki, övladı sağlam böyüsün, yaxşı tərbiyə alıb vətənin layiqli vətəndaşına çevrilsin. Ölkəmizdə bu məsələyə dövlət səviyyəsində böyük qayğı göstərilir.

Hər il neçə-neçə uşaq tərbiyə müəssisəsi, məktəb və digər təhsil ocaqları tikilib istifadəyə verilir. Bunu  Gəncənin timsalında da görmək olar. Təkcə son iki ildə şəhərdə 10 uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilib. Bu yaxınlarda onların sırasına biri də əlavə olunub. Belə ki, Yeni Gəncə qəsəbəsindəki 44 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri yüksək səviyyədə, zövqlə başa çatdırılıb.

Mənim də övladım bu bağçada tərbiyə alır. 240 yerlik körpələr evi-uşaq bağçası indi hər kəsin üzünə gülür. Hər tərəf tərtəmiz və gül-çiçəkdir. Uşaqlar da yaradılan şəraitdən zövq alırlar.

 

Vüsalə ABDULLAYEVA,

Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsinin sakini