Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Moskvada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təhsil nazirlərinin görüşü keçirilib

20 Aprel 2018
Aprelin 20-də təhsil nazirinin müavini Firudin Qurbanov Moskvada şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılış mərasimində Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva və QDİƏT-in baş katibi Mixael Kristides çıxış ediblər.

Sonra təşkilata üzv dövlətlərin nümayəndələrinə söz verilib. F.Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil sahəsində aparılan islahatlar və onların müsbət tendensiyaları haqqında məlumat verib.

Nazir müavini, həmçinin ölkəmizin QDİƏT-ə üzv dövlətlər ilə təhsil sahəsində əməkdaşlığı, xüsusilə ali təhsil müəssisələri arasındakı əlaqələr barədə danışıb.