Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İraqda Suriyanın bombalanmasına etiraz olaraq kütləvi aksiya keçirilib

16 Aprel 2018
İraqda ABŞ, Fransa və Böyük Britaniyanın Suriyanı bombardman etməsinə etiraz olaraq aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, Bağdadın Təhrir meydanına toplaşan minlərlə iraqlı ABŞ-ı müstəqil dövlətlərin daxili işlərinə qarışmaqda ittiham ediblər.

Aksiya iştirakçıları vurğulayıb ki, Amerika İraqın kütləvi qırğın silahına malik olmasını bəhanə gətirərək ölkəni bombardman etdi. Lakin sonradan məlum oldu ki, Səddam Hüseynin rəhbərlik etdiyi İraqda nüvə silahı olmayıb.

Aksiya iştirakçıları beynəlxalq təşkilatlara müraciət edərək ABŞ-ın beynəlxalq hüquq normalarına hörmətsiz yanaşmasını qınamalarını tələb edib.

Qeyd olunub ki, Suriyanın kimyəvi silahdan istifadə etməsinə dair heç bir sübutun olmadığı təqdirdə bu ölkənin bombalanması açıq-aşkar şəkildə beynəlxalq hüququ tapdalamaq deməkdir.