Teymur Bünyadov: Dövlətimizin başçısının alimlərin nüfuzunun artırılması istiqamətindəki siyasəti böyük rəğbətlə qarşılanır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Teymur Bünyadov: Dövlətimizin başçısının alimlərin nüfuzunun artırılması istiqamətindəki siyasəti böyük rəğbətlə qarşılanır

14 Fevral 2018
Dövlətimizin başçısının elmin inkişafı, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

AZƏRTAC xəbər verir ki, bunu fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) prezident seçkiləri ilə bağlı keçirilən toplantıda akademik Teymur Bünyadov deyib.

Akademik respublikamızda elm sahəsində aparılan islahatlardan danışıb, Prezident İlham Əliyev tərəfindən alimlərə göstərilən diqqət və qayğını yüksək dəyərləndirib.

T.Bünyadov elm adamlarının qarşıdakı prezident seçkilərində Prezident İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib.