Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyev evimizə bərəkət gətirdi

14 Fevral 2018
 

Kənd zəhmətkeşlərinin də etimad ünvanı dəyişməzdir

 

Kənd təsərrüfatında ənənəvi sahələr olan pambıqçılığı, baramaçılığı inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmağa nail olmaq barədə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri sayəsində üzümüzə işıqlı səhərlər açıldı.

Biz kənd camaatı torpağa bağlanıb əkin-biçin işləri ilə məşğul olsaq da, siyasətə də biganə deyilik. Xalqımızın inandığı, gücünə, qüdrətinə qüvəndiyi, qayğısından bərhələndiyi dövlət başçısı İlham Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyi hər bir kəndlinin də ürəyincədir. Ona görə ki, məhz onun müdrik və uzaqgörən siyasəti sayəsində kəndlərimiz ağ günlərə qovuşub.

Torpaqdan küsdürülüb kənd çayxanalarında lövbər salan adamlar yenidən bərəkətli çöllərə qədəm qoyub torpağa mehr bağladılar. Dövlətimizin uğurla reallaşan aqrar siyasəti kəndlərimizə yeni ab-hava gətirmişdir. Hamı həvəslə işləyir, əkib-biçir, bolluq yaradır, qarşılığında isə ailəsinin güzəranını, firavan həyatını təmin edir.

Ölkəmizin böyük iqtisadi potensiala malik aqrar rayonlarından olan Bərdənin çoxsaylı fermerlərindən biri də mənəm. Ali təhsilli kənd təsərrüfatı mütəxəssisiyəm. İstifadəmizdə 170 hektar torpaq sahəsi var. Fəaliyyətimizin əsasını taxıl toxumçuluğunun istehsalı təşkil edir. Əldə etdiyimiz  keyfiyyətli və yüksək məhsuldarlığa malik toxum bölgənin torpaq istifadəçiləri tərəfindən rəğbətlə qarşılanır. Keçən il 254 ton toxumluq taxıl istehsal etdik. Hər hektardan məhsuldarlıq 45 sentner oldu. 50 hektar sahədə isə pambıq əkib-becərdik, 160 ton “ağ qızıl” təhvil verdik. Bütün bu uğurları dövlətimizin davamlı qayğısı sayəsində qazanmışıq. Heç şübhəsiz, bu il nailiyyətləri daha da möhkəmləndirəcəyik.

İndi ölkəmizin ictimai-siyasi həyatında diqqət çəkən ən mühüm məsələ prezident seçkiləridir. İlham Əliyev bizi firavan həyata, xoş güzərana qovuşduran qayğıkeş dövlət başçısıdır. Onun prezidentliyə yenidən namizəd göstərilməsi torpağa, halal zəhmətə bağlı hər bir əmək adamının ürəyincədir. İlham Əliyev bizim alternativsiz namizədimizdir. Biz yalnız ona inanır, ona güvənirik.

 

Salman MUSAYEV,

Bərdə rayonu, Güloğlular kəndində fermer