Səfirlik: Rusiyada təyyarə qəzasında həlak olan Azərbaycan vətəndaşının ailə üzvləri Moskvaya gəliblər

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səfirlik: Rusiyada təyyarə qəzasında həlak olan Azərbaycan vətəndaşının ailə üzvləri Moskvaya gəliblər

12 Fevral 2018
Fevralın 11-də Moskva ətrafında An-148 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan vətəndaşı Namiq Qəhrəmanovun cəsədinin tanınması məqsədilə onun ailə üzvləri Moskvaya gəliblər.

Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfir Polad Bülbüloğlunun göstərişinə əsasən hadisədən dərhal sonra Rusiya Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlanılıb və qəzanın təfərrüatları, Namiq Qəhrəmanov haqqında məlumat əldə olunub. Səfirlik hadisə baş verən dəqiqədən etibarən Rusiya Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumları ilə təmasdadır.

Səfirlik Namiq Qəhrəmanovun ailə üzvləri ilə mütəmadi əlaqə saxlayır və onlara lazımi kömək göstərməyə hazırdır.

 

AZƏRTAC