MDB PA DİMBİ-nin Bakı filialı prezident seçkiləri ilə əlaqədar uzunmüddətli monitorinqlərə başlayıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

MDB PA DİMBİ-nin Bakı filialı prezident seçkiləri ilə əlaqədar uzunmüddətli monitorinqlərə başlayıb

12 Fevral 2018
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidenti seçkiləri ilə əlaqədar olaraq təsdiq olunmuş İş Planına əsasən uzunmüddətli monitorinqlərə başlayıb.

Filialın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif istiqamətlərdə həyata keçiriləcək monitorinqlər seçkilərin elan olunmasından rəsmi nəticələrin dərc edilməsinədək olan müddəti əhatə edəcək. MDB PAA DİMBİ Bakı filialı nəzdində yaradılan qərargahın Lənkəran, Şəki, Gəncə, Sumqayıt bölgələrində filialları yaradılacaq və ekspertlər bu bölgələrdə monitorinqlər aparacaqlar.