“Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki fondlarında qalan pul vəsaitlərinin geri qaytarılması, ödənişsiz efir vaxtı və dövri nəşrlərdə dərc yerinin ödənilməsi qaydaları haqqında Təlimat”ın ləğv edilməsi barədə

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki fondlarında qalan pul vəsaitlərinin geri qaytarılması, ödənişsiz efir vaxtı və dövri nəşrlərdə dərc yerinin ödənilməsi qaydaları haqqında Təlimat”ın ləğv edilməsi barədə

09 Fevral 2018
 

Qərar № 2/7

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 917-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli Sərəncamının 2-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 76-cı, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/41 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki fondlarında qalan pul vəsaitlərinin geri qaytarılması, ödənişsiz efir vaxtı və dövri nəşrlərdə dərc yerinin ödənilməsi qaydaları haqqında Təlimat” ləğv edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr               Məzahir Pənahov

Katib              Arifə Muxtarova

Katib              Mikayıl Rəhimov

 

08.02.2018