Yuxu qrip virusuna qarşı təsir vasitəsidir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yuxu qrip virusuna qarşı təsir vasitəsidir

27 Yanvar 2018
Tədqiqatlar göstərir ki, yuxu çatışmazlığı qrip əleyhinə vaksinin effektini azalda və sağlamlıqla bağlı problem yarada bilər.

AZƏRTAC “MedDaily” saytına istinadla xəbər verir ki, ABŞ alimlərinin araşdırmalarına görə, 6-13 yaşlı uşaqların sutkada 9-11 saat, yeniyetmələrin 8-10 saat, yaşı 18-dən yuxarı olanların 7-9 saat yatmaları tövsiyə olunur. Normal yatmaq insanın immun sistemini möhkəmləndirir. Məsələn, T hüceyrələrinin regenerasiyası baş verir, infeksiya və ya iltihab zamanı çoxalan sitokinlər xaric edilir. Hələ 2012-ci ildə müəyyən olunub ki, doyunca yatmamaq immunitetə stress kimi mənfi təsir göstərir. Qrip əleyhinə peyvənd vurulmuş insan yaxşı yatmırsa, onun orqanizmində başqalarından fərqli olaraq 50 faiz az antitel hasil olunacaq.