Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ötən il dünyada ərzağın qiymətləri 8 faiz bahalaşıb

12 Yanvar 2018
2017-ci ilin dekabrında dünyada ərzaq məhsullarının ucuzlaşmasına baxmayaraq, bütövlükdə il ərzində qiymətlər artıb. AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertləri aydınlaşdırıblar.

Əsas ərzaq malları səbəti üçün beynəlxalq qiymətlər ilin son ayında əsas etibarilə süd məhsullarının qiymətlərinin təqribən 10 faiz düşməsi hesabına 3,3 faiz azalıb. Süd məhsullarının ucuzlaşmasına isə çoxlu təkliflə az tələb arasındakı fərq səbəb olub.

Bununla belə, ötən il orta qiymətlər 2016-cı illə müqayisədə 8,2 faiz artaraq son dörd ildə ən yüksək orta illik göstəriciyə çatıb.