Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İranda terrorçu qrup zərərsizləşdirilib

11 Yanvar 2018
Qanunsuz yollarla İrana daxil olan terrorçu dəstə zərərsizləşdirilib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə İranın Təhlükəsizlik Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, İranın qərbində yerləşən Sərdəşt şəhərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər saxlanılıb. Onların üzərinə baxış keçirilib və qanunsuz olaraq “Kalaşnikov” avtomatı aşkar edilib. Həbs olunanların yaşadıqları mənzillərə baxış zamanı “Molotov kokteyli” hazırlamaq üçün maddə aşkar edilərək müsadirə olunub.

Bəyanatda bildirilib ki, bu adamlar Avropada təlim keçərək İrana göndərilib və burada sabitliyi pozmaq tapşırığı alıblar.

Hələlik istintaq davam edir. Həbs olunanların İrandakı əlaqələri və sabitliyi pozmaq planları araşdırılır.