Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2018-ci il üçün fəsillərin gəlmə vaxtı müəyyənləşib

11 Yanvar 2018
Azərbaycanda 2018-ci il üçün ilin fəsillərinin gəlmə vaxtı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, yaz fəslinin ölkəmizə gəlişi martın 20-də Bakı vaxtı ilə saat 20:15-ə təsadüf edəcək.

Yay iyunun 21-i Bakı vaxtı ilə saat 14:07-də, payız sentyabrın 23-ü Bakı vaxtı ilə saat 05:54-də, qış fəsli isə dekabrın 22-si Bakı vaxtı ilə saat 02:22-də başlanacaq.