Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təhlükəli şişlərin müəyyənləşdirilməsi üçün yeni üsul

04 Yanvar 2018
Texas Universitetinin Cənub-Qərb Tibbi Mərkəzinin tədqiqatçıları orqanizmə invaziv müdaxilə olmadan yüksək dəqiqliklə şişin tərkibi və aqressivliyini müəyyənləşdirməyə imkan verən innovativ metodika hazırlayıblar.

AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, şişin növünün müəyyənləşdirilməsinin yeni texnikası “multiparametrik MRT” (mpMRI) adlanır və maqnit-rezonans tomoqrafiyası texnologiyasından fərqli olaraq bir neçə daxili orqanın MRT-təsvirini qiymətləndirən xüsusi diaqnostik alqoritmi özündə ehtiva edir. Tədqiqat zamanı böyrəklər üzərində sınaqlar aparılıb. Alqoritm təsvirlərdə şişdə piyin mikroskopik yığıntıları, həmçinin T2-ardıcıllıq zamanı siqnalın intensivliyi daxil olmaqla bir çox amilləri aşkarlayır.

MpMRI-nin dəqiqliyi bu gün 80 faizdən çox təşkil edir. Bu üsul pasiyentin bədənində kəsiklərin edilməsi, laparoskop və digər alətlər yeridilərək şişdən nümunələrin götürülməsi ehtiyacının olmaması baxımından xüsusilə faydalıdır.