Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aİ-nin 23 ölkəsi hərbi əməkdaşlıq haqqında saziş imzaladı

14 Noyabr 2017
Avropa İttifaqına (Aİ) daxil olan 23 ölkənin nümayəndələri Brüsseldə müdafiə və təhlükəsizlik sahəsində daimi əməkdaşlıq (PESCO) haqqında birgə bəyanat imzalamışlar. Bu barədə Aİ Şurasının saytı məlumat vermişdir.

Sənədə Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Xorvatiya, Kipr, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Lüksemburq, Niderland, Polşa, Rumıniya, Sloveniya, Slovakiya, İspaniya və İsveç imza atmışdır. Hələlik Danimarka, İrlandiya, Malta və Portuqaliya PESCO-dan kənarda qalmışdır. Amma bu ölkələr bir qədər sonra təşəbbüsə qoşula bilərlər.

PESCO Aİ ölkələrinin təhlükəsizlik və müdafiə sahəsində daha sıx əməkdaşlıq qurmasını nəzərdə tutur. Qurum ölkələrə müdafiə potensialını birgə inkişaf etdirməyə, müştərək layihələrə sərmayə qoymağa, həmçinin öz silahlı qüvvələrinin əməliyyat hazırlığını yüksəltməyə imkan verəcək.