Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu ilin 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı açıqlanıb

13 Noyabr 2017
Cari ilin 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 milyon 276 min 604 nəfər olub.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 727 577-si Rusiya, 439 305-i Gürcüstan, 320 904-ü İran, 249 210-u Türkiyə, 81 742-si Birləşmiş Ərəb Əmirlikləri, 54 242-si İraq, 49 809-u Ukrayna, 31 821-i Səudiyyə Ərəbistanı, 321 994 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.

Xarici vətəndaşlar daha çox iyul ayında gəlib ki, bu da 313 515 nəfər olub.

Dövr ərzində ölkəmizi ən çox Rusiya (31,9 faiz), Gürcüstan (19,2), İran (14) və Türkiyə (10,9) vətəndaşları ziyarət edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il İrandan 115 782, BƏƏ-dən 42 811, Rusiyadan isə 96 040 nəfər daha çox turist gəlib.

2016-cı ilin 10 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 1 milyon 894 707 nəfər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə Azərbaycana 381 807 (20,1 faiz) nəfər çox xarici vətəndaş gəlib.