Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan cənnətdir, nar da cənnət meyvəsi

05 Noyabr 2017
 

Səyahəti, xüsusilə müxtəlif xalqların  milli festivallarında iştirak etməyi xoşlayıram. Çünki belə səfərlər təkcə əyləncə, istirahət xarakterli olmur,  həm də insana o diyar, xalq haqqında  konkret  məlumat verir.  Azərbaycanda  ənənəvi meyvə festivallarının keçirildiyini yeni öyrənmişəm. Bu il Göyçayda nar festivalında oldum.  Düzü, təəssüratım gözlədiyimdən də yüksəkdir. Azərbaycan xalqının qonaqpərvərliyinə, xüsusilə də milli mənəvi dəyərlərinə, adət-ənənələrinə  sədaqətinə məftun qaldım. 

Göyçay narı isə bir möcüzədir -  dünyanın heç bir yerində belə dadlı-ləzzətli nar  görməmişəm. Burada öyrəndim ki,  nar  cənnət meyvəsi imiş və onun bu qədər dadlı  növü varmiş. Festivalda  azərbaycanlıların milli geyimlərini, dəyərlərini,  məişətini,  əks etdirən xeyli elementlə tanış oldum. 

Azərbaycan cənnətdir, insanları xeyirxah, təbiəti füsunkardır. Gələn məzuniyyətimdə bura bir də qayıdacağam  -  çalışacağam  Qubada keçiriləcək alma festivalına da gedim.  

 

Lyudmila SAVELYEVA,

Rusiya vətəndaşı, Yekaterinburq  şəhər sakini