Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Venesuelanı 2300 faizlik inflyasiya gözləyir

11 Oktyabr 2017
Cari ilin yekunlarına görə Venesuelanın ÜDM-i 12 faiz azalacaq, inflyasiya 653 faizə çatacaq. Gələn il isə ölkədə inflyasiya 2300 faizi keçəcək. Bu proqnozlar Beynəlxalq Valyuta Fondunun (BVF) məruzəsində yer alır.

BVF-nin məruzəsində deyilir ki, Venesuelada siyasi böhranın güclənməsi iqtisadi fəallığa ciddi maneə yaradır. Nəticə etibarilə iqtisadi fəallıq bu il 10 faizdən çox azalacaq, neft istehsalı aşağı düşəcək.
Latın Amerikasının digər ölkələri fonunda Venesuela bu il və gələn il mənfi iqtisadi artım göstəriciləri ilə seçilən yeganə ölkədir. BVF qeyd edir ki, bu il regionda iqtisadi artım 1,12 faiz təşkil edəcək. Ötən il Venesuela ilə yanaşı, Braziliya, Argentina və Ekvadorda ÜDM-in azalması qeydə alınmışdır. Təkcə bu il isə yalnız Venesuelada iqtisadiyyat kiçilir.
BVF qeyd edir ki, Venesuelada vəziyyət ərzaq qıtlığı, sürətli inflyasiya və neftin qiymətinin aşağı düşməsi nəticəsində dövlətin gəlirlərinin azalması, həmçinin Prezident Nikolas Maduronun siyasətinə kütləvi etirazlar üzündən mürəkkəbləşmişdir.