09 May 2024 12:02
305
SİYASƏT
A- A+

Azərbaycan Ermənistanla müharibə aparmaq istəmir

 

Delimitasiya və demarkasiya sülhə gedən yolda bir  prosesdir

"Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasına başlanılması müsbət bir hadisədir. Tərəflərin vasitəçisiz bu işi həyata keçirmələri bir daha göstərir ki, xoş niyyət olacağı təqdirdə prosesi uğurla yekunlaşdırmaq mümkündür".
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan Ermənistanla qətiyyən müharibə aparmaq istəmir, dövlətin və millətin əsas diqqəti işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə, infrastrukturun yaradılmasına və sakinlərin dədə-baba torpaqlarına qaytarılmasına yönəlib. Eyni zamanda Azərbaycan dövləti bütün qonşuları ilə normal münasibətlər saxlayır və Ermənistanla da belə əlaqələrin olmasında maraqlıdır. Xalqımıza ermənilərlə düşmənçilik etmək lazım deyil. 
Komitə sədrinin müavini qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyası sülhə gedən yolda bir  prosesdir. Ola bilər ki, tərəflər bir konfransa toplaşarlar və orada sülh sazişi imzalayarlar. "Beləliklə, həmin konfransın gedişində yaradılmış bir neçə komissiya sərhədlərin delimitasiyasını həyata keçirər, bu məsələləri yerində icra edər. Digər bir yol ondan ibarətdir ki, tərəflər sülh və ya çərçivə sülh sazişi imzalaya bilərlər. Delimitasiya və demarkasiya prosesi uzun zaman apara bilər. Buna dair çoxlu təcrübələr var. Amma ən yaxşı yol odur ki, tərəflər konfransda qarşılıqlı məsələləri müzakirə etsinlər. Konfrans davam edərkən yaradılmış bir neçə komissiya sərhədləri müəyyənləşdirir və gəlib məruzə edirlər. Həm komissiya üzvləri, həm də yekunda bütövlükdə tərəflər sərhədlərin delimitasiyasına dair razılığı imzalayırlar. Məsələ bununla da bitər. Hər şey Ermənistan tərəfindən asılıdır", - deyə o əlavə edib.
Müsahibim bildirib ki, etnoqrafik sərhədləri müəyyənləşdirmək həmişə çətin olub. Təsadüfi amillərlə sərhədləri müəyyənləşdirmək olmaz. Azərbaycanın Ermənistana heç bir ərazi iddiası olmadığını deyən Musa Qasımlı xatırladıb ki, bunu Prezident İlham Əliyev dəfələrlə bildirib: "Ən yaxşı yol sürətli şəkildə sülh sazişinin imzalanması, eyni zamanda delimitasiya və demarkasiyanın həyata keçirilməsidir. Ermənistanın reallığı qəbul etməsi gərəkdir. Yolların bağlı qalması Ermənistana nə fayda verir? Onlar düşünməlidirlər ki, 1988-ci ildən bəri Azərbaycana qarşı düşmənçilik edərək nə əldə ediblər? Mehriban qonşuluq ən yaxşı yoldur. Ermənistan nəhayət Azərbaycanla mehriban qonşu olmalıdır".
Musa Qasımlı hesab edir ki, proses belə davam edərsə, çərçivə sülh sazişinin imzalanması imkanları çoxdur.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video