09 May 2024 22:26
310
SİYASƏT
A- A+

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır  

 

“Fransanın Ermənistandakı səfiri, azərbaycanofob Olivier Dekotini, aydındır ki, çıxış və bəyanatlarında hər dəfə öz hökumətinin və özlərinin yeni koloniyaları kimi hədəflədikləri Ermənistanın mövqeyini ifadə edir. Amma anlamır ki, bununla həm də hər iki bacının Azərbaycana və regiona dair gizli niyyətlərini faş edir. “Azadlıq” radiosunun erməni xidmətinə 2024-cü il mayın 8-də verdiyi müsahibəsində də Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını və hücum niyyətində olduğunu iddia etməklə səfir bölgədə planlaşdırdıqları təxribatların anonsunu verir. Belə ki, ermənilərin xasiyyətinə az-çox bələd olan hər kəs bilir ki, əgər onlar qarşısındakını nədə, hansı hərəkətdə ittiham edirlərsə, o hərəkəti ya ediblər, ya da etməyə hazırlaşırlar. Məsələn, əgər “1915-ci ildə Osmanlı bizi soyqırımı etdi” deyirlərsə, deməli, soyqırımını özləri ediblər. Əgər “Qarabağdan erməniləri etnik təmizləməyə məruz qoyublar” deyirlərsə, bu, özlərinin 1987-1991-ci illərdə Qərbi Azərbaycanda soydaşlarımızı etnik təmizləməyə məruz qoyduqlarını ört-basdır eləmək üçündür və s”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Fransa səfirinin erməni təəssübkeşliyi” adlı məqaləsində yer alıb.

“İndi də əgər hər hansı bir erməni siyasisi və ya onun əkiz bacısı Olivier Dekotini deyirsə ki, Azərbaycan Ermənistana hücum edəcək, yüz faiz bilmək lazımdır ki, ya sürətlə silahlanan Ermənistan Azərbaycana belə bir hücuma hazırlaşır, ya da onu sürətlə silahlandıran Fransa Ermənistanın Azərbaycana hücum etməsinə çalışır.

O ki qaldı Dekotininin Azərbaycanın Qarabağ bölgəsindən köçüb getmiş ermənilərin qayıdışı ilə bağlı beynəlxalq instansiyaların guya dəstəyinin olması ilə bağlı sərsəmləməsinə və səfir Ann Buyonun harada olması barədə suala verdiyi cavaba – bütün bunlara da yuxarıda qeyd etdiyimiz erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır.

Fransız səfir bir şeyi anlamalıdır ki, bu gün bölgə bir reallıq qarşısındadır: bitmiş və tarixin arxivinə göndərilmiş Qarabağ müharibəsinin ilk mərhələsində və bu müharibənin tərkib hissəsi kimi ata-baba yurdlarından qovulmuş azərbaycanlıların geriyə - indiki Ermənistan ərazisindəki doğma ocaqlarına qayıdışını təmin etmək, buna kömək göstərmək. Bunu istəyənlər və buna kömək edənlər bölgədə öz varlığını təmin edə bilər, buna qarşı çıxanların bölgədə nə yeri olacaq, nə də izi-tozu”, - Əziz Ələkbərli bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video