Azərbaycan sabitlik və iqtisadi möcüzələr yaradan ölkədir
"Azərbaycanın nüfuzunu, regional gücünü artıran amillərdən biri ölkəmizdə möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin olmasıdır. Bunun əsasında isə hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsi dayanır".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, müstəqil Azərbaycan son 20 ildə həyatın bütün sahələrində möhtəşəm uğurlara imza atıb: "Bu gün dünyada Azərbaycan kimi dinamik iqtisadi inkişaf templərinə malik olan ölkələr çox azdır. İqtisadiyyatımız davamlı olaraq genişlənir, maliyyə imkanlarımız artır və bu da Azərbaycanın iqtisadi müstəqilliyini tam şəkildə təmin edir. Güclü Azərbaycan dövləti Avropa ilə Asiya arasında mədəni və siyasi körpü rolunu günbəgün möhkəmləndirir".
Deputat bildirib ki, Azərbaycanın müstəqillik tarixinin qısa təhlili bu yolun hansı çətinliklərdən keçdiyini, nə kimi maneələrin ortaya çıxdığını bir daha ortaya qoyur: "Müstəqilliyimizin ilk illərində ölkədə özbaşınalıq, xaos, anarxiya, iqtisadi böhran hökm sürürdü. Bu gərginlik Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Xarici investorlar ölkə iqtisadiyyatına qoyacaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasını şərtləndirdi. Son 20 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qarşısında yeni-yeni imkanlar açıb. Ən əsası Azərbaycan dünyada sabitlik adası, iqtisadi möcüzələr ölkəsi kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanın inkişaf modeli bir çox ölkələr üçün cəlbedicidir və öyrənilməsinə xüsusi diqqət göstərilir".
Aydın Hüseynovun sözlərinə görə, dövlət başçımız tərəfindən həyata keçirilən siyasət bu sahədə qarşıda duran vəzifələrin yüksək səviyyədə həllini təmin edib, Azərbaycan qlobal və regional təhlükəsizliyə, sülhün və ədalətin qorunmasına, davamlı inkişaf üçün əməkdaşlığa mühüm töhfə verən ölkəyə çevrilib. Ölkəmizin qarşısında duran təhlükəsizlik vəzifələrinin son 20 il ərzində tam və effektiv həllinin nəticəsi olaraq Azərbaycan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyub. Bununla da milli təhlükəsizliyimizə, xalqımıza, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı ən böyük təhdid aradan qaldırılıb.
"Bu gün ölkəmizdə ictimai-siyasi sabitlik, qanunun aliliyi, vətəndaşların hüquq və azadlıqları hər cür təsirlərdən qorunur. Təhlükəsiz informasiya məkanının inkişafına nail olunub, ölkənin kibertəhlükəsizlik potensialı gücləndirilib. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da, ölkəmizdə olan etibarlı sabitlik mühitinin yüksək qiymətləndirməsi heç də təsadüfi deyil", - deyə müsahibimiz vurğulayıb.
Nəzrin QAFARZADƏ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə İrana xilasedici qruplar göndərib
19 May
Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir
19 May
Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb ...
19 May
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı p...
19 May
İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə ged...
19 May
Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB
19 May
Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər...
19 May
Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
19 May
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən bi...
19 May
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və ...
19 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!