"Heydər Əliyev bir möcüzə idi"
Sadə əmək adamı Ulu Öndəri bu sözlərlə xatırlayır
Ulu Öndər Heydər Əliyev haqqında söz demək dəryanın dibinə enib dürr çıxarmağa bənzəyir. Bu dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətinin hansı istiqamətindən yazmaq adamı uzun-uzadı düşünməyə vadar edir. O cümlədən Ümummilli Liderin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 14 illik fəaliyyətindən bir məqalədə yazmaq qeyri-mümkün olduğu üçün burada onun əmək adamına, zəhmətkeş kəndliyə verdiyi dəyərdən söz açacağam.
Məlumdur ki, Azərbaycan ötən əsrin 60-cı illərində iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq çox aşağı olmaqla yanaşı, torpaqlardan da səmərəli istifadə edilmirdi, kolxoz və sovxozların əksəriyyəti ziyanla işləyirdi, elmin və texnikanın tətbiqi hiss olunmurdu, kadr hazırlığı bərbad vəziyyətdə idi. Meyvə, tərəvəz, çay və digər məhsulların emalı özbaşına buraxılmış, ət, süd, pambıq və üzüm məhsullarının emalı isə primitiv sexlərdə çox cüzi miqdarda həyata keçirilirdi. Ulu Öndər ilk günlərdən bu geriləmənin səbəblərini aradan qaldırmağın yollarını tapdı və qısa müddət ərzində Azərbaycanı SSRİ miqyasında öncül yerlərə çıxara bildi. Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi yaşandı.
1969-1982-ci illərdəki fəaliyyəti dövründə Heydər Əliyev Azərbaycanda aqrar-sənaye kompleksinin yaradılmasına nail oldu. Məhz həmin dövrdə respublikada aqrar-sənaye kompleksi kimi qəbul edilmiş bu sahə yüksək sürətlə inkişaf etdi və onun inteqrasiyası təmin olundu. Əlbəttə, belə yüksək uğurların əldə edilməsi üçün öncə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması təmin edilməli idi ki, bunu da Ulu Öndər həyata keçirdi. Bütün bu uğurların təməlində təbii ki, sadə əməkçi, zəhmətkeş kəndli dayanırdı. Sovxoz fəhləsi, kolxozçu və heyvandar əməyinin yüksək dəyərləndirilməsi onlara stimul verir, işləməyə həvəsi artırırdı. Kənd təsərrüfatında çalışan işçilərə Heydər Əliyev şəxsən diqqət ayırır, onlarla görüşüb söhbət etməkdən, problemlərinin həlli üçün şərait yaratmaqdan zövq alırdı. Xüsusilə də qabaqcıl işçilər gözündə çox ucada idi. Səsləri Ali Sovetin tribunasından, qurultaylar sarayından gələn kolxozçu, heyvandar, sovxoz fəhləsi Ulu Öndərin dostu idi.
Heydər Əliyevin bu qəbildən olan dostlarından biri də Mələksə Əliyevadır. Mələksə xanım vaxtilə Tovuz rayonundakı Kirov adına sovxozda üzümçü fəhlə işləyib. İşlədiyi müddətdə 9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı", "Şərəf nişanı" ordenləri ilə təltif edilib. O, ötən əsrin 70-80-ci illərində nəinki rayonun, respublikanın məşhur üzümçüsü kimi tanınırdı, adı qəzet-jurnal səhifələrini bəzəyirdi. Düz 7 il "Sosializm yarışının qalibi" döş nişanını qazanan bu əməkçi xanım şəxsən Heydər Əliyevlə dəfələrlə görüşüb, söhbət edib. Hazırda təqaüddə olan və doğma kəndi Xatınlıda yaşayan Mələksə xanımla əlaqə saxladım. Ulu Öndərlə bağlı xatirələrindən söz açaraq dedi:
- Heydər Əliyev mənə doğmalarım qədər əzizdir. Baxmayaraq ki, cismən aramızda yoxdur, amma işıqlı xatirəsi həmişə mənimlədir. Hərdən düşünürəm ki, belə bir insanı unutmaq olarmı? O dahi şəxsiyyət həyatımda, əmək fəaliyyətimdə elə silinməz izlər buraxıb ki, onları xatırlamamaq, yaxud unutmaq mümkün deyil. Onunla ilk tanışlığım 1976-cı ildə olub. Bakıya qabaqcılların respublika müşavirəsinə getmişdim. Müşavirə Lenin Sarayında (indiki Heydər Əliyev Sarayı) keçirilirdi. Fasilədə foyedə toplaşan insanların yanına gələn rəhbər bizimlə görüşdü, hər kəslə ayrıca hal-əhval tutdu. Növbə mənə çatanda yaxamdakı deputat nişanına işarə edərək soruşdu ki, işlər necə gedir? Düzü, çox utandım, onsuz da xarakter etibarilə utancaq və bir qədər çəkingən adamam. Respublika rəhbərinin çox ciddi şəkildə işlərim haqda soruşması məndə böyük həyəcan yaratdı. Deyəsən, həyəcanımı anladı. Bu dəfə gülümsəyərək harda işlədiyimi, hansı rayondan gəldiyimi soruşdu. Mən onun üzündəki xoş təbəssümdən cəsarətlənib özüm haqqında məlumat verəndən sonra "yaxın zamanda Tovuza gələcəm, şəxsən sənin işlədiyin sahələrə də baxacam, görüm necə işləyirsən" deyə xoş sima sərgiləyərək digər müşavirə iştirakçıları ilə söhbət etməyə, suallar verməyə başladı. Onu da deyim ki, həmin görüşdə Ulu Öndər bizimlə şəkil də çəkdirdi. Heyif ki, hansısa qəzetin fotoqrafının çəkdiyi həmin şəkildən məndə yoxdur.
Heydər Əliyevi o zamana kimi yalnız televiziyadan, qəzet səhifələrindən görmüşdüm. Mənə olduqca ciddi, zabitəli, hökmlü bir insan təsiri bağışlamışdı. Amma yaxından izləyəndə anladım ki, respublika başçısı çox sadə, zarafatcıl, səmimi bir insandır. İlk dəfə üzündə gördüyüm o xoş təbəssüm hələ də yaddaşımdan silinməyib.
Bir neçə ay sonra Ulu Öndər, dediyi kimi, rayonumuza səfər etdi. Bizim kəndə də gəldi, sovxozun üzüm plantasiyalarını gəzdi. Mənim işlədiyim briqadanın 70 hektarlıq sahəsi ilə yaxından tanış oldu. Sentyabr ayı idi, artıq üzüm yetişmişdi, budaqlardan sapsarı salxımlar sallanırdı, yaxın günlərdə yığıma başlayacaqdıq. Briqadamız beş hektarlıq sahədə irigiləli "Kardinal" sortu deyilən süfrə üzümü də yetişdirirdi. Xatırlayıram ki, Heydər Əliyev salxımlardan birini əlinə götürüb heyrətlə "nə qədər böyükdür" deyərək gilələrdən birini qoparıb yedi. Həmin gün kəndimizdə yeni artezian quyusunun qırmızı lentini də Heydər Əliyev kəsdi. Çıxış etdikdən sonra Ulu Öndər mənə xalça və tozsoran hədiyyə etdi.
Uzun illərdir həmin xalça evimin ən dəyərli əşyası kimi qorunur. Sonralar mən Ulu Öndəri Ali Sovetin iclaslarında görürdüm, fürsət düşəndə yaxınlaşıb görüşürdüm. Və hər dəfə sanki onu yenidən kəşf edirdim. O, bir möcüzə idi. Heydər Əliyev dünyadan köç edən gün həyatımın ən acı günü oldu. Həmin hiss qəlbimdən və yaddaşımdan yalnız mən dünyadan gedəndə silinəcək.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki Latviya Seyminin sədri ilə görüşdə COP29-a hazırlıq tədb...
20 May
Paytaxtda bəzi restoranlardan havaya atılan tullantıların miqdarının normadan çox olduğu müəyyənləşd...
20 May
Qarabağ Universiteti üzrə Çağrı Mərkəzi yaradılıb
20 May
Qadın Resurs mərkəzləri vasitəsilə 824 nəfər qadın biznes fəaliyyətinə qoşulub
20 May
AQTA-nın monitorinqləri zamanı 40 müəssisədə nöqsanlar aşkarlanıb
20 May
Ötən il 187 qadın, 9 kişi barədə mühafizə orderi verilib
20 May
Özünüməşğulluq proqramı üzrə son bir həftədə 200-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb ...
20 May
“İƏT Modeli–2024” proqramının əsas mövzusu COP29, ətraf mühitin qorunmasına həsr olunub ...
20 May
İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək
20 May
Hesabat: Nikahların sayı azalıb, boşanmaların sayı çoxalıb
20 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!