09 May 2024 11:18
532
İDMAN
A- A+

UEFA Çempionlar Liqası: "Real"  finala çıxıb

 

 UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib. Yarımfinal mərhələsinin cavab oyununda "Real" (Madrid) doğma meydanda Almaniyanın "Bavariya" klubunu qəbul edib. Münxendəki ilk matçda heç-heçə (2:2) qeydə alınmışdı.

Cavab görüşü "Kral klubu"nun əzmkar qələbəsi ilə başa çatıb - 2:1. Bununla ispanlar finala vəsiqə əldə ediblər.

Qarşılaşmada hesabı qonaqlar açıblar. 68-ci dəqiqədə Alfonso Devis fərqlənib. Matçın son anlarında isə meydan sahibləri oyunun axarını dəyişiblər. 88 və 90+1-ci dəqiqələrdə vurduğu qollarla dubl edən Xoselu komandasını finala daşıyıb.

Qeyd edək ki, Karlo Ançelottinin komandası finalda Almaniyanın "Borussiya" (Dortmund) kollektivinə rəqib olub.

Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video