Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslər saxlanılıblar

11 Oktyabr 2017
Yasamal və Səbail rayonlarında yaşayış binalarının üzərindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) ayrı-ayrı strukturları tərəfindən yüksək peşəkarlıqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıblar.

Hüseyn Abbasovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oktyabrın 1-də Əməkdar İncəsənət Xadimi, bəstəkar Qəmbər Hüseynlinin Yasamal rayonunun N.Nərimanov küçəsindəki barelyefini oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.