Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Maliyyə naziri Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun illik toplantısında iştirak edəcək

11 Oktyabr 2017
Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun illik toplantısında iştirak edəcək.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, illik toplantı oktyabrın 11-15-də ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.

Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və yardımın effektivliyi daxil olmaqla, qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunacaq.