Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səbail rayonunun Niyazi küçəsində və Neftçilər prospektində axşam saatlarından rənglənmə işləri aparılacaq

06 Oktyabr 2017
Oktyabrın 6-da axşam saat 22:00-dan etibarən Bakının Səbail rayonu, Niyazi küçəsində, həmçinin Neftçilər prospektinin Azneft dairəsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Bu barədə AZƏRTAC-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən bildirilib.

Həmin ərazidə sözügedən işlərin aparılması ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Məlumatda qeyd olunub ki, "Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.