Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni dərs ilini yeni məktəbdə

29 Sentyabr 2017
 

Kəndimiz cəbhə bölgəsində yerləşdiyindən daim diqqət mərkəzində saxlanılır. Son illər burada bir sıra infrastruktur layihələri həyata keçirilib, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Əhalinin sosial-məişət problemləri sistemli şəkildə ardıcıllıqla həll edilir. 

Bu il  yeni məktəb binası inşa olunub və istifadəyə verilib. 108 şagird yerlik ikimərtəbəli məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün bütün zəruri şərait yaradılıb. Burada xarici dil və informatika kabinetləri təşkil olunub və müvafiq proqram təminatlı kompüter avadanlıqları ilə təchiz edilib. Bundan başqa, məktəb yeni fənn laboratoriyaları, akt zalı, kitabxana və inventarlarla zənginləşdirilib. Qış mövsümündə binanın qızdırılması üçün istilik sistemi, eləcə də idman dərslərinin keçirilməsi üçün qapalı və açıq idman meydançaları yaradılıb. Bir sözlə, övladlarımız yeni dərs ilinə yeni və müasir məktəb binasında başladılar. Əminik ki, məktəb şəraitinin yaxşılaşdırılması, övladlarımızın müasir məktəbdə oxumaları gələcəkdə onların aldığı təhsilin səviyyəsində də özünü göstərəcək. Deməli, onlar daha yüksək nəticələr əldə edəcək, bilikli-bacarıqlı, ölkəmizə, dövlətimizə faydalı olacaqlar.

 

Sənubər İBRAHİMOVA,                                          

Ağstafa rayonu, Köhnəqışlaq kənd sakini