Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən Tələbələrin XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında

09 Sentyabr 2017
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən Tələbələrin XXIX Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat;

1.4. komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş  idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 sentyabr 2017-ci il