Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Uşaqlar üçün bədii-əyləncəli gecə keçirilmişdir

01 Sentyabr 2017
 

Müqəddəs Qurban bayramı ərəfəsində Mingəçevir Şəhər İcra Hakimiyyəti qəyyumluqda olan və fiziki sağlamlığı məhdud uşaqlar üçün  bədii-əyləncəli gecə təşkil etmişdir.

Tədbirdə  Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  çıxış edərək  ölkə rəhbərinin, o cümlədən Heydər Əliyev Fondunun  yeni nəslin fiziki və mənəvi inkişafına göstərdiyi davamlı qayğıdan söhbət açmışdır. Balaca fidanların bayram şənliyində üzləri gülürdü. Xoş münasibət, səmimi ünsiyyət, rəngarəng çıxışlar  uşaqların könlünə məlhəm olurdu.

Bayram süfrəsi ətrafında müxtəlif nağıl qəhrəmanları, rəqs qrupları, Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri, Mingəçevir Dövlət Dram Teatrının kollektivi və musiqiçilər maraqlı çıxışları ilə şənliyi daha da yaddaqalan etdilər.                                                    

 

Esmira HİDAYƏTOVA,

Mingəçevir şəhəri