Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Londonlu ixtiraçıdan tənbəllər üçün nəqliyyat vasitəsi

25 Avgust 2017
London sakini Con Dinqli ən tənbəl adamlar üçün orijinal bir nəqliyyat vasitəsi ixtira edib.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, böyük fantaziyaya malik ixtiraçının “Electro-Luge 500S” adlanan taxta lövhəsi elektrik mühərriki ilə işləyir. Onun üzərində uzanmaqla istənilən yerə sürmək mümkündür.

Bu nəqliyyat vasitəsini öz qarajında düzəldən Cona bunun üçün 1 ay vaxt lazım gəlib. Sürəti saatda 60 kilometrə çatan maşın sudan, tozdan və palçıqdan etibarlı şəkildə qorunur.