Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Limonun bilinməyən faydaları

14 Avgust 2017
Limonun indiyədək bilinməyən faydalı xüsusiyyətləri aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, mütəxəssislər insanın yatarkən yaxınlığında dörd hissəyə bölünmüş və içərisinə duz səpilmiş limon qoymasının onun sağlamlığı üçün faydalı olduğunu bildirirlər. Belə ki, limon gərginlik vəziyyətində yuxusuzluq problemi yaşayan insanın beynini sakitləşdirir. Psixoloqlar davamlı olaraq yuxusuzluq problemi olan insana özünü həmişə müsbət fikirlərə cəmləşdirməyi məsləhət görürlər. Bu işdə limon qoxusu əvəzsiz rol oynayır.

Limon həm də ağcaqanadların, böcəklərin sevmədiyi və həmişə ondan uzaq durduğu sitrus meyvəsidir. Limonun daha bir faydalı xüsusiyyəti isə səhər tezdən oyanmaqda çətinlik çəkən insanlara kömək etməsidir. Limon qoxusu beyindəki serotonin səviyyəsini artırır. Ətrafa xoş qoxu verən limon, həmçinin havanı təmizləyir. Hətta otaqdan boya qoxusunu tez çıxarmaq üçün limondan istifadə etmək olar.

Bir sözlə, mütəxəssislər hər bir insana yatarkən yağınlığında olan stulun üzərinə dörd hissəyə bölünmüş və içərisi duzlanmış limon qoymağı məsləhət görürlər.

Ətri belə insandakı qan təzyiqini azaldan limon iştah açır, həzmi asanlaşdırır. Limon həm də damar sərtliyininin qarşını alır, soyuqdəymə, qrip və öskürək hallarını azaldır, mikrobları öldürür, qida zəhərlənmələri zamanı faydalıdır. Ürək-damar problemləri olan insanlar üçün də faydalı olan limon rahatlaşdırıcı təsiri ilə bədəndəki ağrıları yüngülləşdirir.