Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyədə Superkubokun sahibi “Atiker Konyaspor” olub

07 Avgust 2017
Türkiyədə Türkcell Superkuboku uğrunda liqa çempionu “Beşiktaş” ilə Türkiyə Kuboku çempionu “Atiker Konyaspor” qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, 33-cü dəqiqədə “Atiker Konyaspor” Traorenin qolu ilə 1:0 önə keçib. İlk yarı bu hesabla başa çatıb.

Oyunun 78-ci dəqiqəsində Cenk Tosun hesabı bərabərləşdirib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın 90-cı dəqiqəsində Skubic penalti zərbəsi ilə “Atiker Konyaspor”a superkuboku qazandırıb.