Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərkitab” Kitab Təbliğatı Mərkəzi beynəlxalq layihələrə imza atır

05 Avgust 2017
 

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində qurum ilə dünya şöhrətli yazıçı, detektiv janrının ustası, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev arasında müəllif lisenziya müqaviləsi imzalanıb.

“Azərkitab” Kitab Təbliğatı Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu müqaviləyə əsasən “Azərkitab” Çingiz Abdullayevin 3 kitabını, 2 yeni – “Torjestvo xama”, “Yujnaya rapsodiya”, həmçinin ona şöhrət gətirən “Qolubıye anqelı” əsərlərinin rus dilində nəşrini və çapını həyata keçirərək, dünyanın bir sıra ölkələrinə ixracını təmin edəcək. Bu razılaşma “Azərkitab”ın müəllifin kitablarının təqdimatlarını həm Bakıda, həm də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində, eləcə də MDB ölkələrində təşkilini nəzərdə tutur.

Qeyd edək ki, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi gələcəkdə də Azərbaycanın bir çox yazıçı və alimləri ilə bu istiqamətdə əməkdaşlıq etmək və onları dünya ölkələrində təbliğ etmək niyyətindədir.