Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avtovertolyot 500 min dollara satılacaq

31 İyul 2017
 

 

Amerikalı mühəndis Robert Dinqannesin layihəsi ilə hazırlanan “PAL-V” avtomobili şose ilə hərəkət etməklə yanaşı, lazım gələrsə göyə də qalxa bilir.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, belə bir aparatın yaradılması üçün bir neçə il gərgin işləmək lazım gəlib. Nəqliyyat vasitəsi yalnız 1 nəfərə hesablanıb. Havaya qalxacağı təqdirdə maşın vertolyota çevrilir və maksimim sürəti saatda 160 kilometrə çatır.

Həmçinin 1300 kilometrə qədər məsafə qət edən avtomobil 100 kilometrə 7,6 litr yanacaq işlədir.

Gələn ildən kütləvi istehsala buraxılacaq avtovertolyotun təqribi qiyməti 500 min ABŞ dollaradır.