Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Erməni faşizminin də sonu alman faşizmi kimi olacaq

04 İyun 2017
Tarixin ən faciəvi müharibələrindən sayılan İkinci Dünya müharibəsi  Azərbaycanın,  o cümlədən  Qusarın da hər evinə, ailəsinə məhrumiyyət, acı, itki gətirmişdi. Faşizm taunu ilə ölüm-dirim savaşına gedənlərin çoxu elə səngərlərdə qaldı. Qələbə sorağını gətirənlərin əksəriyyəti də artıq haqq dünyasına qovuşub. Bu baxımdan Qusarın Urva kəndində  yaşayan Məmmədrəsul babanı bu yerin sonuncu  mogikanı  adlandırmaq olar...

 

Məmmədrəsul Pirquliyev on yeddi yaşı yenicə tamam olanda - 1942-ci ilin aprelində cəbhəyə yollandı. Şimali Qafqazın Orconikidze şəhərində ehtiyat hissələrinin birində döyüş hazırlığı keçdi. 92 yaşlı veteran o ağrılı-acılı günlərini belə xatırlayır:

- Ən böyük çətinliklərimiz rus dilini bilməməyimiz, heç vaxt yemədiyimiz donuz əti, bir də heç vaxt əlimizə götürmədiyimiz silahlar idi. Amma hər vəziyyətin bir çıxış yolu var. Az müddətdə rus dilini də öyrəndik, silahlarla davranmağı da. İnsan ehtiyac duyduğu hər şeyi çətinə düşəndə ram edə bilir...

Çətinliermənilərin ölkəmizə  təcavüzündən də söz açdı. Bunu alman faşizmi ilə eyniləşdirdi. Dedi ki, onlar da gec-tez törətdikləri cinayətin cəzasını çəkəcək, eyni aqibəti yaşayacaqlar.

 

Cavid TAHİROV,

Qusar