Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsveç meşələrinin birində ekoloji otellər yaradılıb

16 May 2017
İsveç meşələrinin birində ekoloji otellər yaradılıb. Burada bir gecəlik istirahət üçün bir neçə həftə əvvəl nömrə bronlamaq lazımdır.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, oteldə hər şey primitiv şəkildə olduğundan dincələnlərə çox romantik görünür.

Elektrik, istilik və su xətlərindən məhrum olan otel 2 yataq yeri və sobadan ibarətdir. Sakinlər ümumi yeməkxanada qidalanırlar.

Ekooteldə bir gecə qalmaq 60 avrodur.