Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ordubad rayonunda əhaliyə pulsuz tibbi xidmət göstərilir

11 May 2017
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim briqadası Ordubad rayonunda əhaliyə pulsuz tibbi müayinə və müalicə xidmətləri göstərir.

AZƏRTAC xəbər verir ki, mayın 9-dan başlayaraq Ordubad Rayon Mərkəzi Xəstəxanasında klinikanın 29 nəfərlik həkim briqadası sakinləri müayinə və müalicə edir.

Xəstəxananın baş həkimi Telman İbadov bildirib ki, artıq 400-dən çox xəstə müayinə olunub. O deyib: “Komissiyanın tərkibində müxtəlif sahələri təmsil edən həkimlər var. Xəstələr əvvəlcə müayinə olunur, diaqnoz təsdiqləndikdən sonra cərrahi əməliyyata ehtiyacı olanlar dərhal əməliyyat edilir. Ehtiyacı olanlara müalicə yazılır, kəskin ağır xəstələr isə Respublika Klinik Xəstəxanasına dəvət olunurlar”.

Qeyd edək ki, müayinə və müalicələr mayın 12-dək davam edəcək.