Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Olimpiya Komitəsi baş katibinin müavini Respublika Velotrekində yaradılan şəraitlə tanış olub

21 Aprel 2017
 

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) baş katibinin müavini Azər Əliyev aprelin 20-də Respublika Velotrekində idmançılar üçün yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadion, fitnes klubu, dünyada və ölkəmizdə velosiped idmanının tarixi, velosiped idmanının inkişafı istiqamətində görülən işlər haqqında Azər Əliyevə ətraflı məlumat verib.

Yaradılan şəraitdən məmnun qaldığını deyən Azər Əliyev yaxın vaxtlarda federasiyanın balansındakı Veloparkda da olmaq istədiyini bildirib.