Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakılı məktəbli: Naxçıvanı gəzərək bu qədim diyarın tarixinə dair qiymətli məlumatlar toplayırıq

19 Mart 2017
Doğma Vətənimizin ayrılmaz bir parçası olan Naxçıvanı qarış-qarış gəzir, tarixi abidələrlə tanış olur, dəyərli məlumatlar toplayırıq. Mənim üçün ən maraqlısı isə Batabat Astrofizika Rəsədxanası ilə tanışlıq oldu.

Bu sözləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına gələn Xəzər rayon 136 nömrəli tam orta məktəbin şagirdi Aysel Mayılova AZƏRTAC-a müsahibəsində deyib.

Məktəbli bildirib ki, rəsədxanada olmaq mənim çoxdankı arzum idi. Çünki mən astronomiya elmi ilə yaxından maraqlanıram. Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq da mənim üçün çox maraqlı idi. Şahbuz rayonunun ərazisində qorunan biomüxtəliflik mənim böyük marağıma səbəb oldu. Ölkəmizi yaxından tanımaq üçün biz məktəblilərə yaratdığı bu gözəl imkana görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şagird yoldaşlarım adından minnətdarlığımı bildirirəm.